Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Məmməd Talıbov və Niderlandın Azərbaycandakı səfiri Mariann de Yonq ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər.
Bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin feysbuk hesabında paylaşım edilib.
“Müzakirələr Niderland və Azərbaycan arasında ikitərəfli münasibətlərin gələcək inkişafına həsr olunub”, – məlumatda bildirilib.