AZ

Britaniya minlərlə miqrantı Konqo, Anqola və Namibiyaya deportasiya edəcək

Afrikanın üç ölkəsi - Konqo Demokratik Respublikası (KDR), Anqola və Namibiya - Londonun tam viza qadağası tətbiq etməklə hədələməsindən sonra Böyük Britaniyaya qanunsuz mühacirət edən minlərlə vətəndaşının qəbul olunmasına razılaşıblar.

Bu barədə "The Daily Telegraph" qəzeti xəbər verib.

Qəzetin məlumatına görə, Böyük Britaniyada məhkum edilmiş təxminən 4 000 cinayətkar artıq öz vətəninə, yuxarıda qeyd olunan üç ölkəyə deportasiya edilə bilər.

2025-ci ilin noyabrında Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud xəbərdarlıq edib ki, əgər Kinşasa, Luanda və Vindhuk miqrasiya məsələləri üzrə əməkdaşlıq etməsələr, viza məhdudiyyətləri təkcə adi vətəndaşlara deyil, həm də dövlət başçıları da daxil olmaqla diplomatlara və siyasətçilərə aid olacaq.

"The Daily Telegraph" xəbər verir ki, Britaniya hakimiyyəti Birləşmiş Krallığa qanunsuz daxil olmuş və ya məhkum edilmiş vətəndaşlarını geri qaytarmaq istəməyən daha bir neçə ölkənin siyahısını tərtib edib. Bunlara Banqladeş, Qabon, Hindistan, Nigeriya, Pakistan və Somali daxildir. Məqalədə deyilir ki, yaxın aylarda onlara qarşı viza sanksiyaları tətbiq oluna bilər.

"Mesajım aydındır: xarici hökumətlər vətəndaşlarını geri götürməkdən imtina etsələr, fəsadlarla üzləşəcəklər. Qanunsuz miqrantlar və təhlükəli cinayətkarlar artıq deportasiya edilərək Anqola, Namibiya və Konqo Demokratik Respublikasına göndəriləcəklər. Mən asayişin bərpa olunması və sərhədlərimizə nəzarəti bərpa etmək üçün lazım olan hər şeyi edəcəyəm", - qəzet Mahmudun sözlərini sitat gətirib.

Seçilən
12
xalqqazeti.az

1Mənbələr