AZ

"Amazon"un gəliri və mənfəəti artıb

ABŞ-nin elektron ticarət nəhəngi "Amazon"un xalis gəliri ötən ilin dördüncü rübündə 213,4 milyard dollara, mənfəəti isə 21,2 milyard dollara çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Amazon" 2025-ci ilin oktyabr-dekabr ayları üzrə maliyyə hesabatını açıqlayıb.

Müvafiq olaraq, "Amazon"un xalis gəliri ötən ilin son rübündə 14 faiz artaraq 213,4 milyard dollar olub. Şirkətin xalis gəliri 2024-cü ilin dördüncü rübündə 187,8 milyard dollar olaraq qeydə alınıb.

"Amazon"un xalis mənfəəti də ötən ilin son rübündə 6 faiz artaraq 21,2 milyard dollara çatıb. Şirkət 2024-cü ilin eyni dövründə 20 milyard dollar xalis mənfəət əldə edib.

Seçilən
6
1
ikisahil.az

2Mənbələr