Bu ölkə hərbi vəziyyət ELAN EDƏCƏK
Ajans.az xəbər verir ki, bu barədə Rusiyanın Havanadakı səfiri Viktor Koronelli “İzvestiya” qəzetinə müsahibəsində bildirib. Diplomatın sözlərinə görə, “Karib dənizi bölgəsində vəziyyətin pisləşməsi və Vaşinqtonun aqressiv ritorikası fonunda Kuba rəhbərliyi ölkədə mümkün hərbi vəziyyətin tətbiqinə hazırlıq planı üzərində işlədiyini açıqlayıb”. Koronelli əlavə edib ki, Kubada mütəmadi olaraq hərbi təlimlər keçirilir, eyni zamanda mülki əhali də səfərbərlik tədbirlərinə hazırlanır. Onun sözlərinə görə, ölkə öz müdafiəsini təmin etməyə tam hazırdır. Səfir vurğulayıb ki, mövcud gərginliyə baxmayaraq, adada yaşayan və ya səfərdə olan xarici vətəndaşlar üçün vəziyyət sabit olaraq qalır.