Yevlax. Trend:
Yevlax rayon sakini özünə vurduğu iynədən sonra həyatınıitirib.
Trend-in yerlibürosunun məlumatına görə, 1954-cü il təvəllüdlü Zirəddin Quliyevmüalicə məqsədilə özünə antibiotik iynəsi vurduqdan sonra vəziyyətiqəfil pisləşib.
O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkünolmayıb.
Faktla bağlı araşdırma aparılır.