Lionel Messi 2021-ci ildə "Barselona"dan ayrıldı. Argentinalı vida zamanı göz yaşlarını saxlaya bilmədi. Lakin klubun çətin maliyyə vəziyyəti yeni müqavilə imzalamağı mümkünsüz etdi və klub əfsanəsi ilə yollarını ayırmaq məcburiyyətində qaldı.
"Unikal" xəbər verir ki, Messi gələcəkdə "Barselona"ya qayıdacağına mütləq qərar verib.
"Marca"nın məlumatına görə, hazırda Leonun doğma klubuna hansı vəzifədə qayıtmağı planlaşdırdığı hələlik məlum deyil.
Qeyd edək ki, futbolçu hazırda "İnter Mayami"də oynayır. Ötən payız oyunçu hazırkı müqaviləsini 2028-ci ilin sonuna qədər uzadıb.
Ağarza Elçinoğlu