AZ

KİV: Netanyahu Misirin hərbi gücünün artmasından narahatlığını ifadə edib

İsrailin Baş naziri Beniyamin Netanyahu Misirin hərbi potensialının güclənməsi ilə bağlı narahatlığını ifadə edib.

APA xəbər verir ki, bu barədə "Maariv" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Netanyahu bu fikirləri İsrail parlamentinin xarici işlər və müdafiə komissiyasının qapalı iclasında səsləndirib.

O bildirib ki, İsrail və Misir arasında diplomatik münasibətlər və ortaq maraqlar mövcuddur, lakin Misir ordusu hazırda hərbi imkanlarını fəal şəkildə artırır.

“Bunu diqqətlə izləmək lazımdır və həddindən artıq güclənməyə imkan verilməməlidir”, – deyə Netanyahu parlament üzvləri ilə görüşdə vurğulayıb.

Seçilən
78
1
apa.az

2Mənbələr