AZ

Tramp: Nüvə mütəxəssislərimiz yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş müqavilə üzərində işləməlidirlər

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton, 6 fevral, AZƏRTAC

START müqaviləsini (Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi) uzatmaq əvəzinə, nüvə mütəxəssislərimiz gələcəkdə uzun müddət qüvvədə ola biləcək yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş müqavilə üzərində işləməlidirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp səsləndirib. O bildirib ki, sözügedən müqavilə ABŞ üçün uğursuz danışıqlar nəticəsində əldə olunub və kobud şəkildə pozulub.

Donald Tramp qeyd edib ki, Amerika Birləşmiş Ştatları nüvə silahları da daxil olmaqla, silahlı qüvvələrini tam şəkildə yenidən qurub. Prezident, həmçinin Pakistan və Hindistan, İran və İsrail, eləcə də Rusiya və Ukrayna arasında nüvə müharibələrinin başlanmasının qarşısını aldığını bəyan edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
azertag.az

2Mənbələr