AZ

“Millennium Turizm” şirkətlər qrupu nüfuzlu tədbirdə Azərbaycanı təmsil etdi – FOTOLAR

Avrasiyanın ən nüfuzlu turizm platformalarından biri hesab olunan EMİTT Turizm Sərgisində  Azərbaycanın ən böyük turizm şirkəti olan, “Millennium Turizm” şirkətlər qrupu Azərbaycanı incoming turizm istiqaməti kimi beynəlxalq bazarlara təqdim edib.

Sərgidə şirkəti Süleyman Əkbərov və Ruslan Quliyev təmsil ediblər.

“Millennium Turizm” şirkətlər qrupunun nümayəndəsi Süleyman Əkbərov bildirib ki, EMİTT-də iştirakın əsas məqsədi Azərbaycanın turizm imkanlarını daha geniş auditoriyaya çatdırmaqdır.

” Ölkənin sağlamlıq, mədəniyyət, şəhər və regional turizm potensialı beynəlxalq tərəfdaşlara təqdim olunur və sərgi yeni B2B əməkdaşlıqların qurulması baxımından mühüm platforma rolunu oynayır. Bir ölkə daxilində dəniz, dağ, termal və sağlamlıq turizmi imkanlarının mövcudluğu Azərbaycanın cazibədarlığını daha da artırır.”– deyə Süleyman Əkbərov bildirib.

Süleyman Əkbərov Azərbaycanın incoming turizm baxımından rəqabət üstünlüklərinə də toxunaraq bildirib ki, ölkənin təhlükəsiz mühiti, zəngin tarixi-mədəni irsi, müxtəlif iqlim qurşaqları, qonaqpərvər əhalisi və yüksək xidmət səviyyəsi əsas üstünlüklər sırasındadır.

Şirkətin yaxın dövr üçün planlarına toxunan Süleyman Əkbərov bildirib ki, tematik tur paketlərinin genişləndirilməsi və regionlara xüsusi fokuslanan proqramların hazırlanması nəzərdə tutulur.

“Eyni zamanda Azərbaycanın beynəlxalq turizm bazarlarında tanıdılması məqsədilə sərgilər, roadşoular və infoturlarda aktiv iştirak davam etdiriləcək.”– deyə Süleyman Əkbərov bildirib.

“Millennium Turizm” şirkətlər qrupunun rəhbəri  Ruslan Quliyev isə qeyd edib ki, sərgi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrini əhatə edən incoming turizm paketləri tanıdılır.

“Bu paketlərə Bakı şəhər turları, Quba–Qusar, Şəki–Zaqatala, Qəbələ istiqamətləri, eləcə də Naftalan üzrə sağlamlıq turizmi proqramları daxildir. Bununla yanaşı, işgüzar və MICE turizmi üzrə xüsusi paketlər də beynəlxalq bazara təqdim olunur. Paketlər həm fərdi, həm də qrup turistlərinin tələblərinə uyğun şəkildə hazırlanıb”– deyə Ruslan Quliyev bildirib.

Ruslan Quliyev isə sonda qeyd edib ki, Azərbaycan yeni istiqamətlər axtaran turistlər üçün ideal məkandır və Millennium Tourism & Congress DMC etibarlı tərəfdaşlıq və peşəkar incoming turizm həlləri təqdim etməyə hazırdır.

“EMİTT sərgisi çərçivəsində qurulan əlaqələrin gələcəkdə uğurlu və davamlı layihələrə çevrilməsi gözlənilir.”– deyə Ruslan Quliyev bildirib.

Sərgi çərçivəsində Millennium Tourism & Congress DMC Türkiyə, Avropa, Yaxın Şərq və MDB ölkələrindən olan turizm şirkətləri ilə görüşlər keçirir. Görüşlərdə qarşılıqlı incoming və outgoing əməkdaşlıqlar, çarter və qrup turları, eləcə də korporativ və tədbir turizmi sahəsində birgə layihələr müzakirə olunur.

Seçilən
13
1
veteninfo.az

2Mənbələr