AZ

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən özqapılarını sənətsevərlərin, Beynəlxalq Musiqi Festivalıiştirakçılarının üzünə açıb.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasınıntəşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və“Gilan”ın dəstəyi ilə Qəbələdə artıq ikinci ildir keçirilən “Qışnağılı” II Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən bu şəhərdəənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamıolaraq sənətsevərləri yenidən bir araya gətirib.

Trend xəbər verir ki,festivalın proqramına uyğun olaraq, fevralın 5-də axşam Qəbələşəhərindəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə ilkkonsert proqramı təqdim olunub. Dahi bəstəkar Qara Qarayevin musiqiirsinə həsr olunacaq konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli vəMurad Adıgözəlzadə, Azərbaycan Dövlət Simli Kvarteti çıxışedib.

Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı MusiqiAkademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxışedərək, ikinci dəfədir təşkil edilən Qəbələ “Qış nağılı” IIBeynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisəolduğunu vurğulayıb. Bildirilib ki, Qəbələ Beynəlxalq MusiqiFestivalının əsas xüsusiyyətlərindən biri də odur ki, hər zamanfestivalın açılışından əvvəl kamera musiqisi axşamları təşkiledilir. Bugünkü kamera konserti isə dünya musiqi xəzinəsinəəvəzolunmaz töhfələr verən görkəmli bəstəkar, ictimai xadim, bütövbir bəstəkarlar nəsli yetişdirmiş misilsiz müəllim, Xalq artistiQara Qarayevin əziz xatirəsinə həsr olunub.

Konsertdə Qara Qarayevin “2 saylı simli kvartet a-moll” (ikihissə), “İnsan məskən salır” kinofilmindən musiqi, “Prelüd A-dur,F-dur”, R.Şumanın “Piano kvinteti” (III və IV hissələr), İ.Bramsın“Piano kvinteti” (III və IV hissələr) əsərləri səsləndirilib.

Xalq artistləri Fərhad Bədəlbəyli (piano) və MuradAdıgözəlzadənin (piano), həmçinin Azərbaycan Dövlət Simli Kvartetinüzvləri – Nəzrin Aslanlı (violin), Xəyalə Abdullayeva (violin),Vaxtanq İmanov (viola) və Aleksey Miltıxın (violençel) təqdimetdikləri əsərlər tamaşaçıların ürəyincə olub.

Qeyd edək ki, Qəbələ “Qış nağılı” II Beynəlxalq MusiqiFestivalının proqramı çox zəngindir. Musiqisevərlər festivalgünlərində Əməkdar artist Əyyub Quliyevin dirijorluğu iləAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının SimfonikOrkestrinin maraqlı konsert proqramından zövq alacaq, “Bakı-Neapol:Musiqi Körpüsü” kamera musiqi axşamında Azərbaycan və İtaliyabəstəkarlarının əsərlərini dinləyəcək, “Azərbaycan-İspaniya: ikiölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində İspaniyadandəvət alan ifaçı və rəqqasların çıxışlarını izləmək imkanı əldəedəcəklər.

Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Seçilən
46
8
az.trend.az

9Mənbələr