Leyla Əliyeva fevralın 5-də Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ("The Abrahamic Family House") ziyarət edib.
Aznews.az xəbər verir ki, əvvəlcə Leyla Əliyeva Luvr Əbu-Dabi Muzeyində olub.
Parisdəki məşhur Luvr muzeyinin ilk xarici filialı olan Luvr Əbu-Dabi Saadiyat adasında yerləşir. Fransız memar Jan Nuvel tərəfindən layihələndirilən muzey 2017-ci ilin noyabrında ziyarətçilərə açılıb.
Muzeyin daimi fondunda müxtəlif dövrləri və sivilizasiyaları əks etdirən çox sayda sənət əsəri nümayiş etdirilir. Bundan əlavə, tərəfdaş muzeylər tərəfindən təqdim olunan əsərlər də ekspozisiyada yer alır.
Sonra Leyla Əliyeva İbrahim Ailə Evi ("The Abrahamic Family House") ilə tanış olub.