AZ

“Bavariya” Saşa Boenin “Qalatasaray”a icarəyə verildiyini açıqlayıb

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Bavariya”nın mətbuat xidməti rəsmi saytında müdafiəçi Saşa Boenin mövsümün sonuna qədər “Qalatasaray”a icarəyə verildiyini açıqlayıb.

İdman.Biz bildirir ki, Boe Münhen klubuna 2024-cü ilin yanvar ayında “Qalatasaray”dan keçib.

Bu müddət ərzində 25 yaşlı futbolçu bütün turnirlərdə 38 oyunda meydana çıxıb, bir qol vurub və beş məhsuldar ötürmə edib. Onun Almaniya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 15 milyon avrodur.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
icma.az

2Mənbələr