AZ

Bütün dəvələrə ad veriləcək: Şəkilli pasportları da olacaq

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Səudiyyə Ərəbistanı hakimiyyəti yerli sakinlərə məxsus dəvələrə pasport verməyə başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə krallığın Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

“Zati-aliləri nazir müavini heyvandarlıq sənayesinin səmərəliliyinin artırılması və dəvələrin məlumat bazasının yaradılması məqsədi ilə dəvə pasportunu təqdim edib”, – nazirliyin məlumatında deyilir.

Dəvə pasportu heyvan haqqında ətraflı məlumatların, o cümlədən onun cinsi və sahibinin təfərrüatlarını özündə əks etdirən rəsmi sənədə çevriləcək. Əsas xüsusiyyət hər bir dəvə üçün dəqiq sağlamlıq tarixçəsini yaratmağa və sürü arasında yoluxucu xəstəliklərin yayılmasının monitorinqini asanlaşdırmağa imkan verən ətraflı peyvənd məlumatları olacaqdır.

Nazirlik vurğulayır ki, dəvələrin belə sənədləşdirilməsi mülkiyyət hüququnun təsdiqini asanlaşdıracaq və fermerlər üçün seçim prosesini daha səmərəli edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
7
www.bakupost.az

8Mənbələr