AZ

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

"Qalatasaray" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, Türkiyə çempionu "Bavariya"dan Saşa Boeni heyətinə qatıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
 

"Sarı-qırmızılar" fransalı sağ cinah müdafiəçisini mövsümün sonuna kimi icarəyə götürüb. Klublar arasındakı anlaşmada məcburi olmayan satınalma bəndi yer alıb.


Qeyd edək ki, "Bavariya" Saşa Boeni 2024-cü ilin yanvarında məhz "Qalatasaray"dan transfer edib. 25 yaşlı futbolçu bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
5
1
bizim.media

2Mənbələr