ABŞ Prezidenti Donald Tramp "çoxlu xeyirxah işlər gördüyü" üçün cənnətə düşəcəyinə ümid etdiyini bildirib.
Publika.az "C-SPAN" telekanalına istinadla xəbər verir ki, o, bu barədə Vaşinqtonda keçirilən Milli Dua Səhər yeməyi tədbirində çıxışı zamanı danışıb.
"Əslində, düşünürəm ki, bəlkə də cənnətə düşməliyəm", - deyə Tramp qeyd edib.
Eyni zamanda, ABŞ Prezidenti ideal insan olmadığını etiraf edib. Onun sözlərinə görə, çatışmazlıqlarına baxmayaraq, başqa insanlar üçün çoxlu yaxşılıqlar etdiyinə inanır:
"Mən ideal namizəd deyiləm, lakin ideal insanlar üçün çoxlu yaxşılıqlar etmişəm".