ain.az, Moderator.az portalına istinadən məlumat verir.
Türkiyə Kubokunun qrup mərhələsində, C qrupunda "Kocaelispor" - "Beşiktaş" matçı keçirilib.
Moderator.az xəbər verir ki, üçüncü turun oyunu qollu heç-heçə ilə başa çatıb.
Matçda hər iki qol penaltidən vurulub. Ev sahiblərindən Serdar Dursun, qonaqlardan isə Orkun Kökçü fərqləniblər - 1:1.
"Beşiktaş" üç turdan sonra yeddi xalla qrupa liderlik edir. Dörd xala malik "Kocaelispor" dördüncü pillədə qərarlaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.