"Avroviziya" hər il milyonlarla tamaşaçını ekran qarşısında toplayan, eləcə də ölkələrin musiqisini, mədəniyyətini və səhnə sənətini beynəlxalq auditoriyaya təqdim edən qlobal platforma hesab olunur. Azərbaycan bu müsabiqədə 2008-ci ildən iştirak edir və 2011-ci ildə əldə etdiyi qələbə ilə Avroviziya tarixində mühüm uğurlardan birinə imza atıb.
Ajans.az xəbər verir ki, bu müddət ərzində ifaçılar və müəlliflər müsabiqədə iştirak üçün yüksək maraq nümayiş etdirib. Belə ki, seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub. Bu müraciətlər çərçivəsində 186 mahnı təqdim edilib. Təqdim olunan mahnılardan 107-si yerli müəllif və ifaçılar tərəfindən, 79-u isə xarici müəlliflər tərəfindən təqdim edilib ki, bu da mahnıların təxminən 57,5 faizinin yerli, 42,5 faizinin isə beynəlxalq iştirakçılar tərəfindən göndərildiyini göstərir.