AZ

Muğanlı-İsmayıllı yolu buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşibVİDEO

Yağan qardan sonra buz bağlaması və sürüşkən olması Muğanlı-İsmayıllı yolunda sürücülər üçün çətinliklər yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, güclü qar səbəbindən yolun bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşıb, bəzi sürücülər isə hərəkəti davam etdirə bilmədikləri üçün avtobillərini yolun kənarında saxlayıblar.

Səhər saatlarından etibarən Avtomobil Yollarının Mühafizəsi Xidmətinin Şimal-Qərb bölgəsi üzrə əməkdaşları və İsmayıllı rayon 9 saylı Yol İstismar İdarəsinin işçiləri əraziyə cəlb olunublar. Eyni zamanda, polis əməkdaşları da gücləndirilmiş iş rejimində olub.

Gecə saatlarından yolların yenidən buz bağlaması ehtimalı var. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
16
xezerxeber.az

1Mənbələr