AZ

Dövlətimizin sülh quruculuğu prosesi dünya üçün nümunəvi modeldir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Dövlət başçısı İlham Əliyev 2026-cı il üçün “Zayed İnsanQardaşlığı Mükafatı”na layiq görüldü. Mükafatın Qafqazda onilliklərərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan -“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhünvə dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”inparaflanmasına görə verilməsi Azərbaycanın sülh gündəliyinin dünyatərəfindən qəbul edilməsinin təsdiqidir. 2026-cı ilin mükafatçılarıdialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər vəmütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyətitərəfindən seçilib. Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı”Komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsiniseçdi. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinintəşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını vəməqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhünirəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesabolunur.

Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh,həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərəvə qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. Bu mükafatlaryalnız müstəsna xidmətləri olan şəxsiyyətlərə verilir. Prezidentİlham Əliyevin bu mükafata layiq görülməsi dövlətimizin qlobalmiqyasda sülh quruculuğu prosesindəki artan roluna beynəlxalqsəviyyədə verilən yüksək qiymətin göstəricisidir. Dövlət başçısıİlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəriçərçivəsində Əbu-Dabi şəhərində “Zayed İnsan QardaşlığıMükafatı”nın təqdimolunma mərasimi keçirildi. Prezident İlhamƏliyev mərasimdəki çıxışında “Birləşmiş Ərəb Əmirliklərinin banisi,mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənimüçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onunuzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurluölkələrindən birinə çevirmişdir” söyləyərək onu da əlavə etdi ki,əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlımüasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş ƏrəbƏmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyədə inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətinnecə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçünnümunədir. Mərasimə ünvanladıqları xoş müraciətlərində bir dahaAzərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayanbütün həmkarlarına minnətdarlığını bildirən dövlətimizin başçısıvurğuladı ki, bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş regionüçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdəmüharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülhşəraitində yaşayırıq.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyevçıxışında bir daha dünya ictimaiyyətinə çağırışı etdi. Bildirdi ki,bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətindəolanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizimnümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara vəqarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər ikitərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dostölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda,sülh mümkündür. Bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan iləAzərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyulayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz buradabaş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhünbərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıqdaha sonra Vaşinqtonda rəsmiləşdirildi.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdənüfuzunun, Prezident İlham Əliyevə böyük etimadın təqdimatı olanhər bir mühüm addım dünənimizə və bugünümüzə baxış keçirməyi birzərurət kimi qarşıya qoyur: "Tarixi Zəfərimizdən, suverenliyimizintam bərpasından sonra bu kimi mühüm addımlar, qərarlar davamlılığıilə diqqətdədir. Otuz il işğal altında qalan torpaqlarını 44 gündəişğalçılardan təmizləməsi, BMT Təhlükəsizlik Şurasınınqətnamələrini təkbaşına icra etməsi Azərbaycanın malik olduğuimkanların, ən əsası ədalətə və beynəlxalq hüquqa söykənənməqsədyönlü siyasətinin nəticəsidir. Azərbaycan hər zaman dünyayasülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edib və bunu sözdədeyil, əməldə təsdiqləyir. Yerləşdiyi coğrafi məkana görə ölkələri,xalqları bir araya gətirən Azərbaycan, eyni zamanda, beynəlxalqarenada qlobal problemlərin həllinə böyük töhfələr verən ölkə kimitanınır".

Milli Məclisin deputatı bildirib ki, tarixi Zəfərimizdən dərhalsonra ölkəmiz regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminedilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçünqarşı tərəfə sülh təklifini etdi: "Lakin Ermənistan müxtəlifbəhanələrlə sülh müqaviləsinin imzalanmasından yayındı, prosesinuzanması üçün cəhdlər göstərdi. Məlumdur ki, 2023-cü il sentyabrın19-da Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda törədiləngenişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlıqüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdənçıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habeləbərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbiqulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanınkonstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokalxarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzindərəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nailoldu, bütün ərazilərimizdə suverenliyimiz tam bərpa edildi. TarixiZəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizinhumanist siyasətinin tərkib hissəsidir".

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət döyüş meydanındaqazanılan qələbənin uzaqgörən diplomatik səylərləmöhkəmləndirilməsinin vacibliyini bir daha sübut etdi: "Dövlətimiztarixi qələbə qazanmaq, ərazi bütövlüyünü və suverenliyini tambərpa etməklə yanaşı, həm də regionda yeni geosiyasi reallıqyaradaraq uzunmüddətli sülhün təməlini qoydu. Azərbaycan son beşildə tarixi Zəfərimizin reallıqlarının beynəlxalq səviyyədətəqdimatı və qəbul etdirilməsi istiqamətində səylər göstərdi vəbuna nail oldu. Ötən ilin 8 avqust tarixində dövlət başçısı İlhamƏliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzarsəfəri bütün məqamlara işıq saldı. Prezident İlham ƏliyevinVaşinqtona səfəri yalnız Azərbaycan-ABŞ münasibətlərinin inkişafıbaxımından deyil, eyni zamanda, beynəlxalq informasiya müstəvisindəAzərbaycanın mövqeyinin güclənməsi və diplomatik sahədə əldə etdiyinövbəti uğur kimi dəyərləndirildi. Bu səfər Azərbaycanın regionalvə qlobal siyasətdə prinsipial, müstəqil mövqeyini təsdiqləməkləyanaşı, illərdir ölkəmizə qarşı yönəlmiş siyasi təzyiqlərə,informasiya manipulyasiyalarına verilmiş qəti və mükəmməldiplomatik cavab oldu. Vaşinqtonda əldə edilən diplomatik qələbəgöstərdi ki, Azərbaycanın hərbi sahədəki qətiyyəti artıq beynəlxalqhüquqi sənədlərdə öz əksini tapan reallığa çevrilib".

Millət vəkili vurğulayıb ki, Azərbaycanın ədalətə və beynəlxalqhüquqa söykənən müstəqil siyasəti qarşıya qoyduğu hədəflərəardıcıllıqla nail olmasını şərtləndirir: "Bölgədə dayanıqlı sülhüntəmin edilməsi dünyanın müxtəlif dövlətləri ilə iqtisadi əlaqələrinqurulmasına, yeni əməkdaşlıq formatlarının yaradılmasına genişimkanlar açacaq. Regionumuzda artıq geriyə dönməz xarakter alansülh gündəliyinin müəllifi Prezident İlham Əliyevdir. Bu gündövlətlər arasında münasibətlərin inkişafında qarşılıqlı etimadmühitinin qorunması və möhkəmləndirilməsi əsas çağırışlardandır.Tarixi Zəfərimizdən sonrakı dövrün reallığı budur ki, sülhquruculuğu, regional əməkdaşlıq və kommunikasiya xətlərininaçılması ölkəmizin xarici siyasətinin əsas prioritetlərdən birinəçevrilib. Azərbaycanın coğrafi mövqeyi, tranzit imkanları, enerjiresursları dünyanın müxtəlif dövlətləri ilə yeni əməkdaşlıqəlaqələri qurulmasını şərtləndirir. Zəngəzur dəhlizinin açılmasıAzərbaycana iqtisadi və siyasi dividend qazandıracaq. Azərbaycanyalnız sülh gündəliyini təqdim etmir, buna nail olmaq üçünsistemli, qətiyyətli və konkret addımlar atır.

Bu fikirlər “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarınatəbrik videomüraciətlərində də öz əksini tapdı. Qardaş TürkiyəninPrezidenti Rəcəb Tayyib Ərdoğan davamlı sülhün bərqərar olmasıyolunda dövlətimizin başçısı İlham Əliyevin atdığı cəsur addımları,Ermənistanın baş naziri Nikol Paşinyanın ortaya qoyduğu qətiyyətliiradəni son dərəcə əhəmiyyətli hesab etdiyini xüsusi vurğulayaraqbu inamı ifadə etdi ki, məqsədi, əhatə dairəsi, məzmunu və ruhuüzərində iki tərəfin də razılıq əldə etdiyi razılaşmanın qüvvəyəminməsi ilə Qafqazın gələcəyində yeni bir səhifə açılacaq. Türkiyəolaraq bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyəyönələn bütün təşəbbüsləri səmimiyyətlə dəstəkləyirik. Qafqazdadavamlı sülhün bərqərar olması üçün üzərimizə nə düşürsə etməyə,ədalətə əsaslanan dostluq körpülərinin qurulmasında fəal şəkildəçalışmağa, inşallah, davam edəcəyik.

Videomüraciətlərdə sülh sazişi istiqamətində Azərbaycanın vəErmənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüşnöqtəsi kimi dəyərləndirildi. O da qeyd edildi ki, bu, həttauzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlikvasitəsilə həll oluna biləcəyini nümayiş etdirir. Prezident İlhamƏliyevə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”nın verilməsimünasibətilə ən səmimi təbriklərini çatdırmaqdan məmnunluğunu ifadəedən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirdi ki,parçalanma və münaqişələr məngənəsində olan dünyada PrezidentƏliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zamangörünüb, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətlərikənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında sülhəyolun açılmasında, əmin-amanlığın gücləndirilməsində özünü büruzəvermişdir. Həmin olduqca mühüm razılaşma təxminən dörd onilliksürən münaqişəyə son qoydu və beləliklə, Zayed Mükafatının dərindəntəşviq etdiyi insan qardaşlığının, həmrəyliyin, mərhəmətin, ortaqinsani dəyərlərin əsl nümunəsini təcəssüm etdirir. Azərbaycanınsülh siyasətinə dəstəyi ifadə edən bu fikirlər digər ölkələrinliderlərinin də təbrik videomüraciətlərində xüsusi vurğulandı".

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın xarici siyasətinindəyişməz prinsipləri aydındır: "Azərbaycan daim böyüklüyündən,kiçikliyindən asılı olmayaraq bütün ölkələrlə bərabərhüquqlu,qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında münasibətlərqurur. Azərbaycan regional inkişafın aparıcı qüvvəsidir. Prezidentİlham Əliyevin yürütdüyü siyasət bütün region dövlətlərinin inkişafperspektivlərini özündə ehtiva edir. Bu isə regional sülh vəəməkdaşlıq perspektivlərinin reallığa çevrilməsi üçün ən təkmilmodeldir. Dövlət başçısı İlham Əliyevin 2026-cı il üçün “Zayedİnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın xaricisiyasətinin əsas prioritetlərinin təqdimatında mühüm rol oynayır.Prezident İlham Əliyevin layiq görüldüyü bu mükafat Azərbaycanınsülh quruculuğu prosesinin dünya üçün nümunəvi model olduğununtəsdiqidir".

Məqalədə:
Seçilən
23
4
az.trend.az

5Mənbələr