AZ

İsrail ordusu Qəzzada britaniyalı hərbçilərin məzarlarını dağıtdı – SKANDAL

Peyk görüntüləri və şahid ifadələri İsrail ordusunun Qəzza şəhərinin Əl-Tuffah bölgəsində yerləşən hərbi qəbiristanlığın bir hissəsini dağıtdığını göstərir.

KONKRET.az xəbər verir ki, nəticədə Birinci və İkinci Dünya müharibələrində həlak olmuş britaniyalı, avstraliyalı və digər müttəfiq əsgərlərin məzarları zədələnib. Bu barədə The Guardian nəşri məlumat yayıb.

Yayımlanan şəkillərdə məzar daşlarının götürüldüyü, torpağın çevrildiyi və ağır texnika vasitəsilə yaradılmış torpaq yığınlarının olduğu görünür. Mütəxəssislərin fikrincə, bu dəyişikliklər ötən ilin mart-avqust ayları arasında baş verib.

Məlumata görə, ərazidə baş verən dağıntılar hərbi fəaliyyətlə əlaqəlidir. İsrail Müdafiə Qüvvələri isə açıqlamasında həmin ərazinin aktiv döyüş zonası olduğunu bildirib.

Hadisə beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla qarşılanıb və tarixi-mədəni irsə vurulan zərər kimi qiymətləndirilib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
22
1
konkret.az

2Mənbələr