Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Bavariya" onunla müqaviləni uzatdı
Almaniyanın "Bavariya" klubu heyətini qorumaq yolunda mühüm addım atıb.
QOL.az xəbər verir ki, Münhen təmsilçisi hücumçu Serj Qnabri ilə yeni müqavilə imzalayıb. 30 yaşlı futbolçu 2028-ci ilin yayına qədər komandada qalacaq.
Qeyd edək ki, 2018-ci ilin yayından "Bavariya"nın şərəfini qoruyan Qnabri indiyədək 311 oyunda meydana çıxıb. O, bu matçlarda 100 qol vurub və 69 məhsuldar ötürmə edib. Təcrübəli vinger Münhen klubu ilə 6 dəfə Almaniya çempionu olub, Çempionlar Liqası və digər titulları qazanıb.
Xatırladaq ki, "Bavariya" hazırda Bundesliqada turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi "Borussiya"nı (Dortmund) 6 xal qabaqlayır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.