AZ

İvanovka kəndində əkin sahələrinin su təminatı yaxşılaşdırılır - 7,6 milyon manatlıq LAYİHƏ

Bakı. Trend:

İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsininsuvarma suyu ilə təminatının yaxşılaşdırılması işlərinəbaşlanılır.

Trend-indövlət satınalmalarının vahid internet portalına istinadənməlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinintabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununlabağlı müvafiq işlərə start verib.

Belə ki, qurum sözügedən işlərin icrasını “İsmayıllı Tikinti-27”Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb.Müqaviləyə əsasən, şirkətə 7,570 milyon manat ödənilib.

Qeyd edək ki, ötən ilin aprelin 1-də Prezident İlham Əliyevİsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyuilə təminatının yaxşılaşdırılmasına dair tədbirlər haqqındasərəncam imzalayıb.

Sərəncama əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250hektar əkin sahəsinin suvarma suyu ilə təminatınınyaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlətbüdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentininehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinəilkin olaraq 5.000.000,0 (beş milyon) manat ayrılıb.

Seçilən
34
az.trend.az

1Mənbələr