Yeni araşdırma göstərir ki, nəvələrə qayğı göstərmək yaşlı insanlarda koqnitiv zəifləmənin qarşısını almağa kömək edə bilər. Amerika Psixoloji Assosiasiyası tərəfindən yayımlanan tədqiqatda nəvələrlə məşğul olmağın – dərslərə kömək, oyun oynamaq, məktəbdən götürmək kimi fəaliyyətlərin – yaşlılarda nitq axıcılığı və epizodik yaddaşı gücləndirdiyi müəyyən edilib.
QHT.az xəbər verir ki, araşdırmada 50 yaşdan yuxarı, orta yaşı 67 olan 2 887 baba və nənə iştirak edib. Onlar 2016–2022-ci illər ərzində üç dəfə sorğularda və koqnitiv testlərdə iştirak ediblər. İştirakçıların 56 faizi nəvələrinə ilboyu baxdıqlarını bildirib.
Mütəxəssislər qeyd edirlər ki, qayğının tezliyindən çox, ümumiyyətlə bu prosesdə iştirak etmək beyin fəaliyyəti üçün daha önəmlidir. Nəticələrə görə, nənələrdə müsbət təsir daha güclü və uzunmüddətli olur, çünki onlar uşaqlarla daha emosional və fiziki ünsiyyətdə olurlar. Tədqiqatçılar ailə mühitinin və stress səviyyəsinin də bu təsirlərə ciddi şəkildə təsir göstərə biləcəyini vurğulayırlar.