AZ

Zelenski: Ukrayna və Rusiya uzun müddət sonra ilk dəfə əsir mübadiləsi həyata keçirib

ain.az, Azertag saytına istinadən bildirir.

Kiyev, 5 fevral, AZƏRTAC

Ukrayna və Rusiya uzun müddət sonra ilk dəfə əsir mübadiləsi həyata keçirib, 157 vətəndaşın geri qaytarılmasına nail olunub.

Bu barədə AZƏRTAC Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” kanalına istinadla xəbər verir.

Son dörd ay ərzində faktiki olaraq mübadilələr baş verməyib. V.Zelenskinin sözlərinə görə, bunun səbəbi prosesin Rusiya tərəfindən bloklanması olub.

O, hələ yanvar ayında bəyan etmişdi ki, Moskva ukraynalı hərbi əsirlərin geri qaytarılması ilə bağlı razılaşmaları qəsdən ləngidərək Kiyevə təzyiq göstərir.

Bundan əvvəl son kombinə edilmiş mübadilə ötən ilin oktyabrında həyata keçirilmişdi. Həmin vaxt Rusiya əsirliyindən 185 hərbçi və 20 mülki şəxs geri qaytarılmışdı. Ukraynalıların əksəriyyəti 2022-ci ildən bəri əsirlikdə idi.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
azertag.az

2Mənbələr