AZ

Şeffild Universitetində Azərbaycan Gəncləri Günü münasibətilə film nümayiş olunub (FOTO)

Bakı. Trend:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş KrallığınınŞeffild Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Günümünasibətilə “Əli və Nino” bədii filmi nümayiş olunub.

Trend xəbərverir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsinin dəstəyi, universitetin Azərbaycan Tələbə Cəmiyyətinintəşəbbüsü ilə baş tutan tədbirdə azərbaycanlı və əcnəbi tələbələriştirak edib.

Cəmiyyətin rəhbəri Turanə Abdullayeva bildirib ki, filminnümayişində əsas məqsəd tələbələrdə ölkəmizin zəngin mədəni irsi,tarixi və multikultural dəyərləri barədə daha dolğun təsəvvüryaratmaqdır. Bu cür tədbirlərin gənclər arasında mədənimaarifləndirməni gücləndirməklə yanaşı, fərqli mədəniyyətlərianlamaq və qiymətləndirmək imkanı yaratdığını vurğulayıb.

Azərbaycan Tələbə Cəmiyyətinin bu təşəbbüsü milli-mədənidəyərlərin qorunması, təbliği və mədəniyyətlərarası dialoquninkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda,gənclərin şəbəkələşməsi onların fikir mübadiləsi aparmasına,təcrübə paylaşmasına və gələcək əməkdaşlıqlar üçün əlaqələrqurmasına imkan yaradır.

Qeyd edək ki, Birləşmiş Krallığın universitetlərində 10-dan çoxAzərbaycan Tələbə Cəmiyyəti fəaliyyət göstərir.

Şeffild
Şeffild
Seçilən
43
az.trend.az

1Mənbələr