AZ

Litva XİN: ABŞ Baltik Müdafiə Təşəbbüsünə 200 milyon dollar ayırıb

Vaşinqton Baltik Müdafiə Təşəbbüsünün təşviqi üçün 200 milyon dollar ayırıb.

AZƏRTAC xəbər verir ki, Litva Xarici İşlər Nazirliyi bu barədə özünün sosial media hesabında məlumat yayıb.

Ayrılan vəsaitin ABŞ-dan silah alınması, xüsusi təyinatlı qüvvələrin təlimi və kəşfiyyat tədbirləri üçün istifadə ediləcəyi bildirilir.

Qeyd edək ki, ABŞ Konqresi tərəfindən 2020-ci ildə elan edilmiş Baltik Müdafiə Təşəbbüsünün məqsədi Litva, Latviya və Estoniyanın müdafiə qabiliyyətlərini gücləndirmək və Baltikyanı ölkələr arasında hərbi əməkdaşlığı genişləndirməkdir.

Seçilən
17
2
azerbaijan-news.az

3Mənbələr