AZ

Region ölkələrindən İran və ABŞ-yə təkliflər

Regional ölkələr İran və ABŞ-a müharibənin qarşısını almağa kömək etmək üçün təkliflər irəli sürüb.

"Yeni Sabah" Al-Jazeera-ya istinadla xəbər verir ki, təkliflərə əsasən, İran 3 il ərzində uranı sıfır zənginləşdirməyə razılaşır və daha sonra zənginləşdirməni 1,5%-dən aşağı səviyyədə saxlamağa dair öhdəlik götürür.

Tehrnın nüvə proqramı ilə bağlı digər təklif zənginləşdirilmiş uran ehtiyatlarının üçüncü ölkəyə verilməsidir.

Bundan başqa, İran silah və texnologiyanı regional qeyri-dövlət müttəfiqlərinə verməməyə razılaşır, İran ballistik raketlərdən istifadə etməməyə öhdəlik götürür.

Nəhayət, İran və ABŞ təcavüzkarlıq paktına razılaşırlar.


Telegram kanalımız
Seçilən
38
yenisabah.az

1Mənbələr