Zelenskinin Ofisi: Rusiya ilə danışıqlar konstruktiv keçdi
Əbu-Dabidə Rusiya ilə aparılan danışıqlar konstruktiv olub.
aia.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kiril Budanov Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə keçirilən danışıqların nəticələri haqda danışarkən deyib.
“Danışıqlar həqiqətən konstruktiv keçdi. ABŞ və Birləşmiş Ərəb Əmirliklərinə keyfiyyətli təşkilatçılıq və vasitəçilik üçün təşəkkür edirəm”, - Budanov bildirib.
aia.az