AZ

Rəhman Daşdəmirov: Bizdə kifayət qədər təcrübəli, yaxşı futbolçular və geniş heyətimiz var

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Sabah"ın futbolçusu Rəhman Daşdəmirov Sport24.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.- "Qəbələ" ilə matç barədə fikirləriniz necədir?- Çətin oyun olacağını bilirdik. Gözlədiyimiz kimi də oldu. Rəqib bizə qarşı yaxşı mübarizə apardı. Qarşıda bizi çempionat oyunları gözləyir. İndi bu matçı unudub qarşıdakı oyunlarımıza köklənməliyik. - Havanın soyuq olmasının nəticəyə təsiri oldu?- Hava şəraiti hər iki komanda üçün keçərli idi. Ona görə bunun hər hansı təsiri olduğunu deməzdim. - Rəqib penaltidən yararlana bilsəydi, işiniz daha çətin olardımı?- İstənilən halda heç-heçə məğlubiyyətdən daha yaxşı nəticədir. Məncə, hətta məğlubiyyət və ya qələbə olsaydı belə hər şeyə cavab oyununda aydınlıq gələcəkdi. Bu cür kubok oyunlarında hər şeyə iki oyunun nəticəsinə görə aydınlıq gəlir. Bu baxımdan hər oyuna məsuliyyətlə və diqqətli yanaşmaq lazımdır. - Həm kubokda, həm də çempionatda mübarizə aparmaq sizə çətinlik yaratmayacaq?- Bunun komandamıza hər hansı çətinlik yaradacağını düşünmürəm. Bizdə kifayət qədər təcrübəli, yaxşı futbolçular və geniş heyətimiz var. Bu baxımdan hər hansı problem olacağını gözləmirəm. - Çempionatın növbəti turunda "Araz-Naxçıvan"la qarşılaşmadan gözləntiləriniz necədir?- Çətin matç olacaq. Hazırda çempionatda hər bir oyun çox əhəmiyyətlidir. İnanıram ki, bu oyundan müsbət nəticə ilə ayrılacağıq. - Martın 1-də əsas rəqibiniz "Qarabağ"la oyun var. Həmin qarşılaşmayadək bütün oyunlarda qələbə qazana biləcəksinizmi?- Həmin matça hələ var. Biz hazırda ancaq hər növbəti oyunumuz barədə düşünürük. Hazırda bizim üçün vacib olan bazar günü baş tutacaq çempionat oyunudur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
sport24.az

1Mənbələr