AZ

30 yaşım var - Tramp özünü 50 il əvvəlki kimi hiss edir

İyun ayında 80 yaşı tamam olacaq ABŞ prezidenti Donald Tramp özünü yarım əsr əvvəlki kimi hiss etdiyini bildirib.

Publika.az xəbər veir ki, o, bu barədə "NBC News"a verdiyi müsahibədə bildirib.

"Həm fiziki, həm də zehni olaraq özümü əla hiss edirəm. 50 il əvvəl olduğu kimi hiss edirəm. Bu dəlilikdir", - deyə Tramp bildirib.

O, həmçinin bildirib ki, tibbi müayinələrdən əsasən ictimaiyyətə hesabat vermək üçün keçir.

Qeyd edək ki, Tramp yanvarın 2-də tibbi müayinədən keçdiyini və Ağ Ev həkimlərinin onun sağlamlığının mükəmməl olduğu qənaətinə gəldiyini açıqlayıb.

Seçilən
31
publika.az

1Mənbələr