“Nyuelz Old Boyz” Lionel Messini 2027-ci ilin ilk yarısında geri qaytarmaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Xuan Manuel Medina açıqlama verib.
“Biz Leonun 2027-ci ilin ilk yarısında “Nyuelz” üçün oynaması üzərində işləyirik. Bu layihə təkcə “Nyuelz”i əhatə etmir. Bu, Rosario şəhəri, bütün əyalət və Argentina futbolu üçün nəzərdə tutulan bir layihədir”, - deyə Medina bildirib.
Medinanın sözlərinə görə, Messinin qayıdışının reallaşması üçün lazımi şəraitin yaradılması məqsədilə yüksək vəzifəli şəxslər də bu layihədə iştirak edirlər.
O, həmçinin qeyd edib ki, ilk təmaslar 2024-cü ildə, hazırkı klub prezidenti İqnasio Boeronun rəhbərliyi altında yaradılan və 2025-ci ilin dekabrında keçirilən seçkilərdə iştirak edən UNEN siyasi qrupunun formalaşmasından sonra başlayıb.