Bakı. Trend:
2026-cı il üzrə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə təqdim edilməsiAzərbaycanın apardığı sülh siyasətinin, regional sabitlik naminəgöstərdiyi iradənin və Cənubi Qafqazda yeni geosiyasi reallıqformalaşdırmaq istiqamətində atdığı addımların beynəlxalq miqyasdayüksək qiymətləndirilməsidir.
Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.
"Zayed İnsan Qardaşlığı Mükafatı" müasir dünyanın ən nüfuzluhumanitar və mənəvi mükafatlarından biri hesab olunur. Bu mükafatsülhə, dinlərarası dialoqa, xalqlar arasında anlaşmaya vəmünaqişələrin siyasi yollarla həllinə töhfə verən liderlərə təqdimedilir. Mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın ideyalarınaəsaslanan bu mükafat, zorakılıq əvəzinə dialoqu, qarşıdurma əvəzinəəməkdaşlığı, nifrət əvəzinə qarşılıqlı hörməti təşviq edir.Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi məhz budəyərlərin Azərbaycan siyasətində əsas xəttə çevrildiyinigöstərir.
Son onilliklər ərzində Azərbaycan torpaqlarının işğalı, yüzminlərlə insanın doğma yurdlarından didərgin salınması vəuzunmüddətli münaqişə regionu qeyri-sabitliyə sürükləmişdi. LakinPrezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əvvəlcə ərazibütövlüyünü bərpa etdi, daha sonra isə qisas və revanş yolu deyil,sülh və əməkdaşlıq yolunu seçdi. Bu seçim siyasi cəsarət, stratejiuzaqgörənlik və tarix qarşısında məsuliyyət tələb edirdi", - obildirib.
Onun sözlərinə görə, Əbu-Dabidə keçirilən mükafatlandırmamərasimində dünyanın bir çox liderlərin dövlət başçısını təbriketməsi məhz bu reallığı vurğuladı.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan PrezidentiKasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vədigər nüfuzlu dövlət xadimləri Azərbaycan və Ermənistan arasındaəldə olunmuş sülh sazişini tarixi dönüş nöqtəsi kimiqiymətləndirdilər. Bu, regionun gələcəyini dəyişən, Cənubi Qafqazımünaqişə zonasından əməkdaşlıq məkanına çevirməyə imkan verən birproses kimi təqdim olundu. Prezident İlham Əliyevin bu prosesdəaparıcı rol oynaması isə xüsusi vurğulandı. Prezident İlhamƏliyevin çıxışı mükafatın mahiyyətini və onun arxasında dayanansiyasi fəlsəfəni açıq şəkildə ortaya qoydu. Dövlət başçısı bildirdiki, Azərbaycan və Ermənistan uzun onilliklər ərzində müharibəşəraitində yaşayıb, indi isə sülh şəraitində yaşamağı öyrənir. Buifadə onun arxasında dərin tarixi və psixoloji məna dayanır.Müharibədən çıxmış cəmiyyətlər üçün sülh təkcə siyasi sənəd deyil,düşüncə tərzinin, ictimai münasibətlərin və regional davranışlarındəyişməsidir. Azərbaycan bu çətin yolu şüurlu şəkildə seçib və bugün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir", - obildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycanın sülh tərəfdarı olduğunusübut edən faktlar artıq sözlərdən daha güclüdür.
"Bu siyasi iradə yalnız bəyanatlarla deyil, real diplomatiktəmaslarla da möhkəmlənir. Məhz fevralın 4-də Əbu-Dabidə Prezidentİlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakeçirilən görüş sülh prosesinin canlı və dinamik xarakterdaşıdığını nümayiş etdirdi. Tərəflər Vaşinqton Sülh Sammitindənsonra əldə olunmuş razılaşmaların icrasındakı irəliləyişi müsbətqiymətləndirdilər və ticarətin başlaması, Azərbaycandan Ermənistananeft məhsullarının ixracı, həmçinin tranzit daşımaların həyatakeçirilməsi kimi konkret nəticələrin artıq sülhün dividendləriniyaratdığını vurğuladılar", - o bildirib.
Onun sözlərinə görə, sərhədlərin açılması, nəqliyyat və ticarətəlaqələrinin bərpası, qarşılıqlı iqtisadi əməkdaşlığın təşviqi,humanitar məsələlər üzrə dialoqun qurulması - bütün bunlar rəsmiBakının bölgədə uzunmüddətli sabitlik istədiyini göstərir:
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın Prezident İlham Əliyevəverilməsi, eyni zamanda Azərbaycanın beynəlxalq imicinin mühümtransformasiyasını əks etdirir. Azərbaycan artıq təkcə enerji vənəqliyyat qovşağı kimi deyil, həm də sülh təşəbbüslərinin müəllifi,dialoq mədəniyyətinin daşıyıcısı kimi tanınır. Bakı müxtəlifbeynəlxalq platformalarda mədəniyyətlərarası və dinlərarası dialoqutəşviq edən mərkəzə çevrilib. Bu ənənə Prezident İlham Əliyevinrəhbərliyi ilə daha da güclənib və ölkənin xarici siyasətində əsassütunlardan birinə çevrilib. Bu mükafat həm də bir mesajdır:münaqişələrin həlli mümkündür, yetər ki, siyasi iradə olsun.Azərbaycan nümunəsi göstərir ki, hətta onilliklər boyu davam edənqarşıdurmalar belə danışıqlar, qarşılıqlı tanınma və beynəlxalqhüquqa hörmət əsasında həll edilə bilər. Prezident Əliyevin irəlisürdüyü sülh modeli hüquqa, reallığa və qarşılıqlı maraqlaraəsaslanır. Bu model təkcə Cənubi Qafqaz üçün deyil, dünyanın digərmünaqişə ocaqları üçün də örnək ola bilər".
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin "Zayed İnsanQardaşlığı Mükafatı"na layiq görülməsi Azərbaycanın son illərdətutduğu kursun beynəlxalq miqyasda tanınmasıdır.
"Bu mükafat sülhün zəiflik deyil, güc olduğunu, barışığın güzəştdeyil, strateji uzaqgörənlik olduğunu təsdiqləyir. Azərbaycan bugün regionda yeni bir səhifə açır - münaqişələr yox, əməkdaşlıq;nifrət yox, dialoq; keçmişin ağır yükü yox, gələcəyə yönəlmiş ortaqinkişaf səhifəsi. Prezident İlham Əliyevin siyasi iradəsi və sülhtəşəbbüsləri məhz bu gələcəyin əsasını qoyur", - o əlavə edib.