Avtosfer saytına istinadən ain.az xəbər verir.
Bakının Sabunçu rayonunda sürücünün hərəkəti digər avtomobil idarəçisinin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, rayonun Zabrat-Maştağa yolunda Dövlət Yol Polisinin Texniki Müayinə Mərkəzi yaxınlığında yük maşını sürücüsü qaydaları kobud şəkildə pozub. Belə ki, 77-JD-319 nömrə nişanlı “Hyundai” markalı yük maşınının idarəçisi yağış suyunu digər zolaqla hərəkət edən avtomobilin üzərinə sıçradıb.
Qeyd edək ki, bu cür qayda pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilir.
Səfər
Oxunub 342
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.