Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Azera Holdinq”ə daxil olan “Hill” restoranında qonaqlara rahat və əyləncəli yenilik təqdim olunub.
“Qafqazinfo” xəbər verir ki, peşəkar heyətlə yanaşı restoranda müştərilərə xüsusi proqramlaşdırılmış robot-ofisiant xidmət göstərir.
ZƏR adlı robot sifariş olunan təamları operativ şəkildə masalara çatdırır, sifarişləri qəbul edə bilir, gündəlik əməliyyatları dəqiqliklə yerinə yetirir. Məlumatları səsli şəkildə ötürə bilən robot-ofisiant xidmət prosesinə həm sürət, həm əyləncə həm də müasirlik qatır.
Robot-ofisiant qısa zamanda xüsusilə restorana gələn uşaqların sevimlisinə çevrilib. Balaca qonaqlar ZƏR ilə foto çəkdirir, robot vasitəsilə təqdim olunan hədiyyələri böyük maraq və sevinc hissi ilə qarşılayırlar.
“Hill” restoranı həyata keçirdiyi bu unikal təşəbbüslə xidmət səviyyəsinin daha da yüksəldilməsi, həmçinin iaşə sektorunda fərqlilik yaratmağı hədəfləyib. Hazırda ZƏR müştərilərə “Hill”də həftəsonu səhər yeməkləri zamanı, həmçinin eyni məkanda yerləşən “Sofia's House” uşaq restoranında xidmət göstərir.





Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.