AZ

İsrail İranla gərginlik fonunda hazırlığı artırır General

ain.az bildirir, Bizimyol portalına istinadən.

İranla davam edən gərginlik fonunda ordu döyüş hazırlığını gücləndirməyə və həm müdafiə, həm də hücum imkanlarını artırmağa davam edir.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələri Komandanı general-mayor Tomer Bar bildirib.

Bəyanat ölkənin şimalındakı "Dəmir Günbəz" raketdən müdafiə sisteminin ehtiyat batareyasına baş çəkərkən verilib. Qoşunlara müraciət edən Bar yüksək səviyyədə hazırlığın qorunmasının vacibliyini vurğulayıb.

"Hərbi Hava Qüvvələri və xüsusən də siz yüksək səviyyədə döyüş hazırlığını qorumağa davam etməyə borclusunuz. Hər gün həm müdafiə, həm də hücumda hazırlığımızı və imkanlarımızı gücləndirməyə davam edirik", - deyə İsrail Müdafiə Qüvvələrinin yaydığı bəyanatda bildirilir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
85
icma.az

1Mənbələr