AZ

Haitinin Olimpiya Oyunları üçün hazırladığı forma hamını heyran qoydu FOTO

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyanın Milan şəhərində keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunlarında Haitinin milli komandası üçün hazırlanan forma internetdə böyük maraq və heyranlıqla qarşılanıb.

İdman.Biz xəbər verir ki, sosial şəbəkə istifadəçiləri formanı parlaq dizaynı, milli motivləri və orijinallığı ilə fərqləndirirlər. Olimpiya geyiminin müəllifi haitili-italyan dizayner Stella Jandır.

Qeyd edək ki, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında Haiti cəmi iki idmançı ilə təmsil olunacaq. Onlardan biri dağ xizəyi, digəri isə xizək yürüşü növündə mübarizə aparacaq. Az sayda idmançı ilə iştirak etsə də, Haiti artıq Olimpiya öncəsi dizaynı ilə diqqət mərkəzinə düşməyi bacarıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
icma.az

2Mənbələr