AZ

LAVROV SİMONYAN “QARŞIDURMASI”... Rusiya XİN başçısı erməni həmkarını təhid edib

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Moskvada səfərdədir. 

“AzPolitika” xəbər verir ki, Simonyanın Rusiya XİN başçısı Sergey Lavrovla görüşünün kifayət qədər gərgin keçdiyi barədə məlumatlar var. Ermənistan mediası bunu xüsusi olaraq vurğulayır. Görüşün mediaya açıq hissəsində də bu gərginlik hiss olunub.

Simonyan Lavrova deyib ki, Ermənistanın hələ də KTMT ilə bağlı sualları var və bu suallara cavab verilməyib: "Bizim hələ də cavab almadığımız suallarımız var. Onlar dəfələrlə qaldırılıb".

Eyni zamanda, Simonyanın dediyinə görə, KTMT-dən fərqli olaraq, Ermənistan hakimiyyəti Avrasiya İqtisadi Birliyindən çıxmağı zəruri hesab etmir.

Sergey Lavrov isə Avropa İttifaqına üzvlüyün Avrasiya İqtisadi Birliyində iştirakla uyğun gəlmədiyini xatırladaraq, Rusiyanın Ermənistanın seçiminə "hörmət edəcəyini" qeyd edib. Ancaq əlavə edib ki, Avropa İttifaqı Ermənistan kimi ölkələri “ya bizimlə, ya da onlarla" seçimi qarşısında qoyurlar. “Bu, onların postsovet məkanında 20 ildən çoxdur tətbiq olunan məntiqidir”, - deyə Lavrov vurğulayıb.

Ardınca Rusiya XİN başçısı Simonyanı üstörtülü təhid də edib: "Avropa İttifaqı və NATO-nun Avropa üzvlərinin bizi "strateji məğlubiyyətə" uğratmaq üçün Rusiyaya müharibə elan etdiyi bir vəziyyətdə, ölkələrimizdə ictimai məkana nifrət və ya düşmənçiliyi artıracaq bir narrativin hakim olmamasını çox istərdim… 

Şimaldan Ermənistana qarşı hazırlanan bəzi mifik hücumlar, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından mövcudluq təhlükəsi barədə vaxtaşırı ifadələr eşitməyi bir az qəribə hesab edirik… Ümid edirəm ki, Ermənistan bunun arxasında nəyin dayandığını çox yaxşı başa düşür".

Simonyan isə deyib ki, İrəvan Moskvaya qarşı heç bir addım atmır və atmaq niyyətində deyil: “Ermənistan Rusiyanı düşmən kimi qəbul etmir və qəbul etməyəcək. Mövcud münasibətlər nəzərə alınmaqla belə bir yanaşma səhv olardı”.

Xatırladaq ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun dəvətilə Rusiyaya gedən Simonyan səfər öncəsi Moskva, xüsusilə də Kreml təbliğatçıları ilə bağlı kəskin fikirlər səsləndirmişdi. Parlament sədri hətta Vladimir Solovyovu “nəcisə” də bənzətmişdi.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
azpolitika.info

1Mənbələr