AZ

İlk dəfə dünyasını dəyişən qızından danışıb ağladı

Müğənni Günəş qatıldığı canlı efirdə ilk dəfə şəxsi faciəsindən danışaraq hər kəsi duyğulandırıb.

Publika.az xəbər verir ki, sənətçi dünyasını dəyişən qızı ilə bağlı xatirəsini yada salarkən göz yaşlarını saxlaya bilməyib.

Günəş bildirib ki, oğlundan əvvəl bir qız övladı olub, lakin körpə cəmi 15 gün yaşayıb və reanimasiyada qaldıqdan sonra vəfat edib.

Onun sözlərinə görə, bu itki ailədə dərin iz buraxıb:

"Oğlumdan əvvəl qız övladım olub. 15 gün sonra dünyasını dəyişdi. Reanimasiyada qaldı... Sonra oğlum oldu. Onun üzərinə o qədər əsirik ki, qızıma görə travmalıyıq. Daha qız övladımın olmasını istəmirəm".

Seçilən
13
3
publika.az

2Mənbələr