AZ

Üçtərəfli danışıqlar fonunda Ukrayna ilə Rusiya arasında kütləvi əsir mübadiləsi olub

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ukraynamünaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli (Ukrayna, Rusiya,ABŞ) danışıqlar fonunda Rusiya ilə Ukrayna orduları arasındanövbəti əsir mübadiləsi baş tutub.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, fevralın 5-də Kiyevin nəzarətində olan ərazidən157 rusiyalı hərbçi Rusiyaya təhvil verilib. Əvəzində UkraynaSilahlı Qüvvələrinin eyni sayda hərbi əsiri qarşı tərəfə təhvilverilib.

“Hazırda rusiyalı hərbçilər Belarus Respublikasınınərazisindədirlər və onlara zəruri psixoloji və tibbi yardımgöstərilir”, – Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidentinin Xüsusi ElçisiStiv Uitkoff BƏƏ-dəki danışıqlarda Rusiya və Ukraynanın 314 əsirindəyişdirilməsi barədə razılığa gəldiklərini elan etmişdi.

Məqalədə:
Seçilən
72
az.trend.az

1Mənbələr