Bakı. Trend:
Universitetlər gələcək rəhbərlərin düşüncə tərzininformalaşmasında mühüm rol oynayır.
Trend xəbər verirki, bunu Milli Məclisin deputatı, ADA Universitetinin prorektoruFariz İsmayılzadə bu gün Bakıda keçirilən “Qoşulmama HərəkatınınGənclik Həftəsi” adlı tədbirdə çıxışında deyib.
“İnsanın dəyərlərinin və dünyagörüşünün formalaşdığı dövr məhzuniversitet illəridir. Hamınız ya artıq tələbə olmusunuz, ya dahazırda tələbəsiniz və məhz siz, o cümlədən biznes və dövlətsektorunda gələcək liderlərsiniz. Buna görə də universitetlərgələcək rəhbərlərin düşüncə tərzinin formalaşmasında mühüm roloynayır. Məzunlar şirkət rəhbərlərinə və ya dövlət qurumlarınınbaşçılarına çevrildikdə ekoloji məsələlərə, ‘yaşıl’ enerjinininkişafına, tullantıların təkrar istehsalına, enerjiyə qənaətə vəplanetin qorunmasına bütövlükdə daha ciddi yanaşmağa başlayırlar”,– deyə o bildirib.
Onun sözlərinə görə, tələbələrə dayanıqlı inkişaf üzrə ən yaxşıdünya təcrübələri nümayiş etdirilir, ətraf mühitə və planetəgündəlik fəaliyyətlər və uzunmüddətli strategiyalar vasitəsilə necəqayğı göstərməyin mümkün olduğu izah olunur.
“Gələcəkdə rəhbər vəzifələr tutduqda, onlar bu yanaşmalarısiyasət və idarəetmə səviyyəsində tətbiq etmək imkanı əldəedirlər”, – deyə F. İsmayılzadə qeyd edib.
O həmçinin vurğulayıb ki, ADA Universitetinin baxışı da məhzbundan ibarətdir. Universitetin ərazisində “Masdar” şirkətininiştirakı ilə günəş panelləri quraşdırılıb, həmçinin geotermalqurğular yaradılıb.
“Beləliklə, biz bərpa olunan enerji üzrə ən yaxşı təcrübələriyalnız nəzəriyyədə deyil, həm də tədqiqatlar və konkret layihələrvasitəsilə praktikada tətbiq edirik”, – deyə F. İsmayılzadəbildirib.