Rusiya ikə Ukrayna arasında “157-nin 157-ə” formulu üzrə hərbi əsir mübadiləsi olub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya Ukrayna əsirliyindən 157 hərbçini, eyni zamanda, Kursk vilayətinin 3 sakinini geri qaytarıb.
Mübadilə çərçivəsində Rusiya əsirliyindəki 157 hərbçi Kiyevə təhvil verilib.
Qeyd edək ki, bu gün ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna və Rusiyanın 314 hərbi əsiri dəyişmək barədə razılığa gəldiyini bildirib.
"Cebheinfo.az"