AZ

Ən çox qızıl alan ölkələr Azərbaycan da liderlər arasında

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünya Qızıl Şurası (World Gold Council) 2025-ci il üzrə mərkəzi bankların qızıl alışlarına dair məlumatları açıqlayıb. Hesabat, qlobal iqtisadi qeyri-müəyyənliklər və geosiyasi risklərin ölkələri qızılı "təhlükəsiz liman" kimi qiymətləndirməyə davam etdiyini ortaya qoyur.

BAKU.WS xəbər verir ki, 2025-ci ilin dekabr ayında mərkəzi banklar IMF və digər açıq mənbələr vasitəsilə 19 ton qızıl satın alıb. Beləliklə, il üzrə ümumi net alışlar 328 tona çatıb.

Məlumata görə, qızıl alışına görə ölkəmiz liderlər sırasındasır. Belə ki, Polşa 102 tonla birinci sırada yer alıb. Onu Orta Asiya və Qafqaz ölkələri izləyir. Azərbaycanın 53 ton qızıl alışı ilə siyahıda üçüncü sırada qərarlaşıb.

Ən çox qızıl alan ölkələrin siyahısı belədir:

1. Polşa – 102 ton

2. Qazaxıstan – 57 ton

3. Azərbaycan – 53 ton

4. Braziliya – 43 ton

5. Türkiyə və Çin – 27 ton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
2
baku.ws

3Mənbələr