“Mançester Siti”nin futbolçusu Bernardo Silva karyerasını İspaniyada davam etdirmək niyyətindədir.
Msport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “Barselona”ya keçməyi planlaşdırır.
Ulduz futbolçu Kataloniya klubunun rəhbərliyinə bu yay “şəhərlilər”lə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi komandaya qoşulmaq istəyini bildirib. Lakin “Barselona” rəhbərliyi bu keçidə bir qədər tərəddüdlə yanaşır. Klub rəsmiləri təcrübəli oyunçunun transferinin nə dərəcədə məqsədəuyğun olduğuna hələ tam əmin deyillər.
Qeyd edək ki, Silva 2017-ci ildə “Monako”dan 50 milyon avro qarşılığında “Mançester Siti”yə keçib. O, cari mövsüm İngiltərə klubunun heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.