AZ

AMB-ın bu səviyyədə açıq və davamlı kommunikasiya aparması təqdirə layiq yanaşmadır



Dünən növbəti dəfə Mərkəzi Bankın sədri hörmətli Taleh Kazımovun dəvəti ilə bankın inzibati binasında ölkənin tanınmış iqtisadçıları ilə görüş baş tutdu.

Görüşdə pul siyasəti, uçot dərəcəsinin real təsirləri, transmisiya kanalları, devalvasiya riskləri və maliyyə sektoru üzrə təxminən üç saata yaxın açıq müzakirələr aparıldı.

Məni daha çox düşündürən əhalinin banklardan aldığı dolların kəskin azalması, banklara satdığı dolların isə kəskin artması dinamikası olduğu üçün bunun ehtimal edilən səbəblərinə toxundum. Bu prosesin hansı mərhələdə tarazlığa gələcəyi ilə bağlı sual səsləndirdim. Eyni zamanda uçot dərəcəsinin kredit faizlərinə real təsiri də müzakirə olundu.

Artıq uzun müddətdir ki, AMB-ın bu səviyyədə açıq və davamlı kommunikasiya aparması təqdirə layiq yanaşmadır. Və bu yanaşma sektorun inkişaf dinamikasına təsirsiz ötüşməyib.

Eldəniz Əmirov iqtisadçı
Seçilən
19
1
newscenter.az

2Mənbələr