AZ

Lavrov Ermənistanın Aİ-ə üzvlük perspektivlərinə münasibət bildirib

Bakı. Trend:

Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük Avropa İttifaqına (Aİ)qoşulma ilə uyğun ola bilməz, lakin Rusiya Ermənistanın seçiminəhörmət edəcək.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziriSergey Lavrov Ermənistan Milli Assambleyasının sədri AlenSimonyanla görüşü zamanı deyib.

“Ermənistan üçün nəyin daha vacib və daha sərfəli olduğu -Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya proseslərinindavam etdirilməsi, yoxsa Avropa İttifaqının norma və standartlarınakeçid - barədə müzakirələr aparılır və biz bu müzakirələriizləyirik, bununla belə bizim mövqeyimiz sizə məlumdur. Bu mövqehansısa ideoloji motivlərlə şərtlənmir, o, reallıqlardan irəligəlir.

Avrasiya İqtisadi İttifaqına üzvlük Avropa İttifaqı iləəməkdaşlıqda iştirakın və xüsusən də ona qoşulmanın əsasını təşkiledən prinsiplərlə uzlaşmır. Bu, sizin seçiminizdir və biz ona tamşəkildə hörmət edəcəyik”, - deyə nazir vurğulayıb.

Lavrov əlavə edib ki, Rusiya tərəfi bu zaman ErmənistanınAİİ-nin tamhüquqlu üzvü olduğu son 10 il ərzində əldə olunannəticələrin də nəzərə alınacağına ümid edir

Məqalədə:
Seçilən
31
37
az.trend.az

10Mənbələr