AZ

"Bayern Münhen"in futbolçusu "Qalatasaray"da - Bu gün İstanbula gəlir

"Bayern Münhen"un müdafiəçisi Saşa Boe "Qalatasaray" klubuna qayıtmağa yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.

Mənbənin məlumatına görə, Türkiyə nəhəngi Almaniya klubu ilə müqaviləni razılaşdırıb. 25 yaşlı fransız müdafiəçi bu gün tibbi müayinədən keçəcək və bundan sonra "Qalatasaray"la müqavilə imzalayacaq. 

Futbolçunun "Bayern" ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədərdir. Müdafiəçinin bazar dəyəri 15 milyon avro olaraq qiymətləndirilir. 

Saşa bu mövsüm Bundesliqada 9 oyun keçirib və bir sarı vərəqə alıb.

Seçilən
49
1
fanat.az

2Mənbələr