AZ

Paytaxt klubları cərimələnəcək

Futbol Assosiasiyası (FA) Premyer Liqanın XXIV turunda “Stemford Bric”də baş verən kütləvi davaya görə “Çelsi” və “Vest Hem”i cəzalandırıb.

Msport.az xəbər verir ki, hadisə artırılmış vaxtda baş verib və hər iki komandanın oyunçuları arasında dava düşüb.

Mübahisə “Vest Hem”in hücumçusu Adama Traore ilə “Çelsi”nin müdafiəçisi Mark Kukurelya arasında yan xətdə baş verən toqquşma ilə başlayıb və bu, tez bir zamanda davaya çevrilib. Traore Kukurelyanı yerə yıxıb və “Çelsi”nin hücumçusu Joao Pedro cavab zərbəsi endirib.

Vəziyyət “Vest Hem”in müdafiəçisi Jan-Kler Todibo Pedronun boğazından tutduqdan sonra daha da gərginləşib. VAR müdaxiləsindən sonra Todibo meydandan qovulub.

Futbol Assosiasiyası bu tədbirləri gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün yetərsiz hesab edib. Hər iki klub rəsmi izahatlarını 6 fevrala qədər təqdim etməlidir. Araşdırmadan sonra komandaların xeyli cərimələnəcəyi gözlənilir.

Seçilən
27
msport.az

1Mənbələr