GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İran ətrafında artan gərginlik fonunda ölkənin real hərbi potensialı və mümkün münaqişə ssenarilərinə davam gətirmə imkanları yenidən müzakirə mövzusuna çevrilib. ABŞ və müttəfiqlərinin hərbi üstünlüyü tez-tez qabardılsa da, İranın illərdir qurduğu müdafiə strategiyası, regional təsir imkanları və asimmetrik cavab mexanizmləri bu məsələni birmənalı qiymətləndirməyə imkan vermir.
Məhz bu kontekstdə “İran zəifdir” tezisi ilə “müharibənin bahalı olacağı” arqumentləri arasında ciddi fikir ayrılığı yaranıb.
Tehranın hərbi gücü mümkün hərbi müdaxiləni önləmak üçün kifayət edir? ABŞ-la müharibəyə davam gətirməsi nə dərəcədə mümkün görünür?
Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, müasir dünyada hərbi güc nisbi xarakter daşıyır, burada fikir demək çətindir:
“Mənə görə məsələnin mahiyyəti kimin hərbi cəhətdən güclü olmasından çox, başqa aspektlərlə bağlıdır. Aydındır ki, ABŞ dünyanın istənilən ölkəsindən güclü və qüdrətlidir. Burada əsas məsələ İranla Qərb, İsrail və ABŞ arasında ixtilafın necə həll edilə biləcəyidir. Mövcud vəziyyətdə siyasi-diplomatik gedişlər daha ağıllı, səmərəli və rasional olardı.
Füzuli Qurbanov
Ekspertlər tərəflərin hərbi gücünü hesablamaqdansa, kimin diplomatik güc yolu ilə nəticə əldə etməsi barədə düşünsələr, daha faydalı olar. Bu baxımdan, Türkiyə diplomatiyası çox səmərəlidir. İranla İsrail və ABŞ arasında tənzimləmələrdə dialoq daha yaxşı yoldur. Müharibənin heç kəsə faydası yoxdur. ABŞ, İsrail, ya da İranın qalib gəlməsindən asılı olmayaraq, bu məsələ ilə geosiyasətdə qalıcı problem həll etmək mümkün deyil.
Dialoqun Oman platformasında keçirilməsi Türkiyədən imtina edilməsi kimi yozulsa da, tərəflər arasında müzakirənin olması belə artıq əsas və vacibdir. Hesab edirəm ki, bu, daha önəmli məsələdir”.
Turan Rzayev
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.