AZ

Rusiya və Ukrayna əsir mübadiləsi barədə razılığa gəliblər – Uitkoff

"Bu gün ABŞ, Ukrayna və Rusiyanın nümayəndə heyətləri 314 hərbi əsir mübadiləsi barədə razılığa gəliblər - bu, beş ay ərzində ilk belə mübadilədir. Bu nəticə ətraflı və məhsuldar sülh danışıqları vasitəsilə əldə edilib".

Herbiand.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov X sosial media platformasında yazıb.

Onun sözlərinə görə, Ukraynadakı münaqişənin həllində "əhəmiyyətli işlər görülməlidir". Lakin mübadilə barədə razılaşma "diplomatik əlaqələrin gözəçarpan nəticələr verdiyini" göstərir.

Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar 4 fevralda Əbu-Dabidə başlayıb. Bu, Ukraynada nizamlanma üzrə üçtərəfli danışıqların ikinci raundudur. Stiv Uitkoff onları məhsuldar adlandırıb.

Məsləhətləşmələrin birinci raundu 23 və 24 yanvar tarixlərində baş tutub.

Seçilən
83
herbiand.az

1Mənbələr