AZ

"Xankəndi" daha bir transfer etdi

style='margin-bottom:10px;'>

“Xankəndi” heyətinə yeni futbolçu qatıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Mirmövsüm Caniyevi transfer edib. 22 yaşlı hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. Onun son klubu "Bakı Sportinq" olub.

Xatırladaq ki, hazırda 2-ci liqanın turnir cədvəlində 39 xalla 2-ci yerdə qərarlaşan "Xankəndi" daha əvvəl Rauf Məhərrəmov, Qurban Məhərrəmov,  Elvin Nəsibov, Əli Mürsəlov və Asif Məmmədovu sıralarına qatıb, Zaur Hacıyevi isə baş məşqçi təyin edib.

Seçilən
37
1
teleqraf.com

9Mənbələr